"​Bank VTB (Azerbaijan)" manatla kreditləşməni genişləndirir

"​Bank VTB (Azerbaijan)" manatla kreditləşməni genişləndirir Kreditin müddəti 6 aydan 60 ayadəkdir
Maliyyə
19 Avqust , 2015 13:20
​Bank VTB (Azerbaijan) manatla kreditləşməni genişləndirir

Bakı. 19 avqust. REPORT.AZ/ "Bank VTB (Azerbaijan)" ASC bütün filialları vasitəsilə manatla “Nağd kreditlər” və “Girovlu istehlak krediti” məhsullarının tətbiqinə başlayıb. Bu barədə "Report"a bankın mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, "Nağd kreditlər" məhsulu üzrə müştərilər 300 manatdan 11 min manatadək kredit götürə bilər. Kreditin müddəti 6 aydan 36 ayadəkdir.

"Girovlu istehlak krediti" üzrə təklif olunan məbləğ 3 min manatdan 50 min manatadək təşkil edir. Müştərilərə kredit 6 aydan 60 ayadək təklif olunur. Kreditlər üzrə komissiya yoxdur.

“Hazırda bazarda məhz manatla kreditlərə böyük tələbat var. Bunu nəzərə alaraq bankımız milli valyutada kreditləşməni genişləndirir. Bunun üçün bankın kifayət qədər manat resurslarının olması da buna əlverişli zəmin yaradır”, - "Bank VTB (Azerbaijan)"ın İdarə Heyətinin sədri Yuri Yakovlev bildirib.

Xatırladaq ki, "Bank VTB (Azerbaijan)" ASC "VTB Bank" ASC-nin törəmə qurumudur. "Bank VTB (Azerbaijan)"ın səhmdarları "VTB Bank" və “AtaHolding” ASC-dir. Bank korporativ biznes, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcə də fiziki şəxslərə xidmət göstərir. Bu gün bank 14 filial və baş ofis yanında Müştəri Xidmətləri İdarəsi ilə təmsil olunub.

Son xəbərlər

Orphus sistemi