"​Bank VTB (Azerbaijan)" kreditlərin restrukturizasiyası proqramını bərpa edib

"​Bank VTB (Azerbaijan)" kreditlərin restrukturizasiyası proqramını bərpa edib Güzəşt müddəti ərzində vaxtında ödəniş edən müştərilərə bank faizdə endirim edəcək
Maliyyə
23 May , 2016 16:54
​Bank VTB (Azerbaijan) kreditlərin restrukturizasiyası proqramını bərpa edib

Bakı. 23 may. REPORT.AZ/ "Bank VTB (Azerbaijan)" ASC kreditlərin restrukturizasiyası proqramının icrasını bərpa edib. Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən müvəqqəti dayandırılmış “Müştəriyə dəstək” proqramı yenilənmiş versiyada müştərilərə təqdim olunub.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, proqramda Palatanın ölkədə maliyyə sabitliyi və istehlakçıların hüquqlarının müdafiəsinə istiqamətlənmiş bütün tövsiyələri nəzərə alınıb.

“Müştəriyə dəstək” güzəşt proqramı kredit borclarını ödəməkdə çətinliklə üzləşən müştərilərin kredit yükünün azaldılmasını nəzərdə tutur. Proqrama əsasən, iş yerini və əsas gəlir mənbəyini itirmiş müştərilərə 6 ay müddətinə aylıq ödənişi azaltmaq imkanı verilir. Belə şərtlərdə “Avtokredit” və “Girovlu istehlak krediti” olan müştərilər aylıq ödənişlərinin cəmi 10%-ni, “Nağd kredit” məhsulu üzrə borclu olanlar isə aylıq ödənişlərinin cəmi 15%-ni ödəyəcək. Kreditin məbləğindən asılı olaraq, aylıq ödəniş 15-20 manat təşkil edə bilər.

Gəliri azalan müştərilər üçün güzəşt ili ərzində aylıq ödənişin azaldılması nəzərdə tutulub. Dollar krediti olan müştərilərə aylıq ödənişin 50%-dək, manat və rublda kreditləri olanlar üçün 30%-dək azaldılması təklif edilir.

Güzəşt müddəti ərzində vaxtında ödəniş edən müştərilər üçün bank faiz dərəcəsini 25% azaltmağa hazırdır.

Son xəbərlər

Orphus sistemi