​"Bank VTB (Azerbaijan)"ın səhmdarları növbədənkənar toplaşacaq

​"Bank VTB (Azerbaijan)"ın səhmdarları növbədənkənar toplaşacaq Yığıncaq sentyabrın 14-də Bankın Bakıdakı baş ofisində keçiriləcək
Maliyyə
3 Avqust , 2016 10:21
​Bank VTB (Azerbaijan)ın səhmdarları növbədənkənar toplaşacaq

Bakı. 3 avqust. REPORT.AZ/ Sentyabrın 14-də "Bank VTB (Azerbaijan)" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. Bu barədə "Report"a Bankdan bildirilib.

Məlumata görə, yığıncaq "Bank VTB (Azerbaijan)"ın baş ofisində - Bakı şəhəri, Xətai prospekti,38 ünvanında saat 11:00-da baş tutacaq. Yığıncağın gündəliyi açıqlanmayıb.

Xatırladaq ki, "Bank VTB (Azerbaijan)" Rusiyanın "VTB Bank" ASC-nin törəməsidir. Onun nizamnamə kapitalı 50,815 mln. manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 0,2 manat olan 254,075 mln. ədəd səhm əsasında formalaşıb. Səhmlərin 51%-i Rusiya tərəfinə, 48,99%-i "AtaHolding" MMC-yə, 0,01%-i isə bir fiziki şəxsə məxsusdur.

Son xəbərlər

Orphus sistemi