​"Bank VTB (Azerbaijan)"ın İdarə Heyəti sədrinin yeni müavini təyin edilib

​"Bank VTB (Azerbaijan)"ın İdarə Heyəti sədrinin yeni müavini təyin edilib Bu vəzifəyə "Unibank"ın sabiq departament müdiri gətirilib
Maliyyə
10 Mart , 2016 10:41
​Bank VTB (Azerbaijan)ın İdarə Heyəti sədrinin yeni müavini təyin edilib

Bakı. 10 mart. REPORT.AZ/ "Bank VTB (Azerbaijan)" ASC-nin İdarə Heyətinin sədrinin yeni müavini təyin edilib. "Report"un Banka istinadən verdiyi xəbərə görə, "Bank VTB (Azerbaijan)"ın Müşahidə Şurasının qərarı ilə Okayev İqor Anatolyeviç İdarə Heyətinin üzvü, Korporativ biznesin inkişafı Departamentinin direktoru vəzifəsinə təyin olunub.

İ.Okayev Azərbaycan Dövlət İqtisad Universitetinin beynəlxalq iqtisadi əlaqələr fakültəsinin bakalavriat və magistraturasını bitirib. Bank sahəsində 2003-cü ildən çalışır. Son bir neçə ili İ.Okayev "Unibank"ın Korporativ müştərilərlə iş üzrə Departamentinə rəhbərlik edib, eləcə də Kredit Komitəsinin sədri və İcra Komitəsinin üzvü olub.

Son xəbərlər

Orphus sistemi