​"Bank VTB (Azerbaijan)" iki depozit məhsulunun şərtlərini dəyişib

​"Bank VTB (Azerbaijan)" iki depozit məhsulunun şərtlərini dəyişib Bank manat, dollar və rublda qəbul olunan bu əmanətlər üzrə faizləri artırıb
Maliyyə
15 Fevral , 2016 16:40
​Bank VTB (Azerbaijan) iki depozit məhsulunun şərtlərini dəyişib

Bakı. 15 fevral. REPORT.AZ/ "Bank (VTB) Azerbaijan" ASC iki depozit məhsulu üzrə şərtləri yeniləyib ki, bu da əhalidən əmanətləri manat və dollarla yanaşı, rublda da qəbul etməyə imkan verəcək.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, "Sərfəli" və "Universal" əmanətlərinin valyutası ilə yanaşı, faiz dərəcələri və digər şərtlərində də dəyişikliklər edilib. Hər iki əmanət Azərbaycan və xarici vətəndaşlar üçün nəzərdə tutulub.

İndi “Sərfəli” əmanətini açmaq üçün minimal məbləğ 100 AZN/USD və 5 000 RUB, minimal müddət isə cəmi 1 ay təşkil edir. Əmanətin maksimal müddəti 24 aydır. “Sərfəli” manat əmanəti üzrə maksimal faiz dərəcəsi illik 14%, 1 aylıq əmanət üçünsə illik 10% təşkil edir. Dollar əmanəti üçün 24 aylıq olduqda faiz dərəcəsi illik 6% (12 aylıq əmanətdə - 5,5%), 1 aylıq üçün illik 1,5% təşkil edir. Rubl əmanətində faiz dərəcəsi 12 ay və 24 ay üçün eynidir və illik 10%-ə bərabərdir (1 aylıq depozitdə - illik 6%).

Yığım əmanəti olan “Universal” üzrə minimal müddət 3 ay, maksimal 36 aydır. Əmanətin valyutası manat olduqda müddətindən asılı olmayaraq faiz dərəcəsi illik 12%-dir. Dollar əmanətində maksimal faiz dərəcəsi 7%-ə bərabərdir (12 aylıq əmanət üçün 5,5%). “Universal” əmanət Rusiya valyutasında olduqda vəsaiti 12 aylıq illik maksimum 8,5%-lə yerləşdirmək mümkündür.

“Universal” əmanəti üzrə yeni şərtlərə əsasən, manatla əmanətin bütün müddəti ərzində minimal məbləğ 50 manat olmaqla vəsait əlavə etmək olar. Dollar və rublla əmanəti ilk 6 ay ərzində minimum 50 USD/1000 RUB artırmaq mümkündür.

Hər iki əmanət üzrə hesablanmış faizləri bankomatdan götürmək üçün müştəriyə bonus qismində pulsuz depozit kartı təqdim olunur. "Bank VTB (Azerbaijan)"da açılmış əmanətlərin əsas üstünlüyü odur ki, VTB Qrupunun güzəşt şəbəkəsinin istənilən bankomatında bu kimi əməliyyatlar aparıldıqda müştəri əlavə komissiya ödəmir. Belə ki, rubl əmanəti üzrə yüksək illik faiz dərəcəsini nəzərə alaraq faizlərin əlavə komissiyasız çıxarmaq imkanı rubl vəsaitləri olan və tez-tez Rusiyaya səfər edənlər üçün çox sərfəlidir. VTB Qrupunun güzəştli şəbəkəsinə VTB24, Moskva Bankı, "Leto Bank", "Bank VTB (Georgia)", "Bank VTB (Ukraine)", "Bank VTB (Kazakhstan)" və "Bank VTB (Belarus)" daxildir.

Son xəbərlər

Orphus sistemi