"Bank VTB (Azerbaijan)" əmanət faizlərini artırıb

"Bank VTB (Azerbaijan)" əmanət faizlərini artırıb Faizlər aylıq və ya depozit müddətinin sonunda ödənilir
Maliyyə
17 Oktyabr , 2016 12:01
Bank VTB (Azerbaijan) əmanət faizlərini artırıb

Bakı. 17 oktyabr. REPORT.AZ/ "Bank VTB (Azerbaijan)" ASC manat əmanətləri üzrə faiz dərəcəsini artırıb. "Report"un Banka istinadən verdiyi xəbərə görə, indi “Sərfəli” əmanəti üzrə maksimal faiz dərəcəsi 17% təşkil edir. Qeyd edək ki, əvvəl bu əmanət üzrə maksimal gəlirlilik 14% olub.

Yeni şərtlərə əsasən, müştərilər 6,12 və ya 24 ay müddətinə depozit hesabı aça bilər. Faizlər aylıq və ya depozit müddətinin sonunda ödənilir. Əmanətin minimal məbləği əvvəlki kimi 100 manat təşkil edir.

Faiz dərəcəsi faizlərin ödənilməsi şərtlərindən və depozitin müddətindən asılı olaraq dəyişir. Faizlər hər ay ödənildikdə illik faiz dərəcəsi 13-15,8% təşkil edir. Vəsaitlər depozit müddətinin sonunda verildikdə faizlər 14-17% arasında dəyişir. 

Qeyd edək ki, Bankın depozit portfelinin həcmi son bir ildə 37% artıb.

Xatırladaq ki, "Bank VTB (Azerbaijan)" ASC "VTB Bank" ASC-nin törəmə bankıdır. "Bank VTB (Azerbaijan)" ASC-nin səhmdarları "VTB Bank" ASC və “AtaHolding” ASC-dir. 

Son xəbərlər

Orphus sistemi