"Bank VTB (Azerbaijan)" artıq gələn il mənfəətə çıxmağı planlaşdırır

"Bank VTB (Azerbaijan)" artıq gələn il mənfəətə çıxmağı planlaşdırır Xərlcərin optimallaşdırılması məqsədi ilə Bank filialların fəaliyyət effektivliyini araşdırır
Maliyyə
13 İyun , 2016 10:25
Bank VTB (Azerbaijan) artıq gələn il mənfəətə çıxmağı planlaşdırır

Bakı. 13 iyun. REPORT.AZ/ "İqtisadiyyatda problem yarananda ilk növbədə xərlcər optimallaşdırılır. Biz də hazırda filialların fəaliyyət effektivliyinin təhlilini aparırıq və ola bilsin ki, hansısa filialı bağlayaq". "Report"un verdiyi xəbərə görə, bunu "Bank VTB (Azerbaijan)" ASC-nin İdarə Heyətinin sədri Yuri Yakovlev bildirib.

Y.Yakovlev qeyd edib ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının Azərbaycandakı kommersiya bankları üzrə keçirdiyi stress-testlərin nəticələrinə əsasən, "Bank VTB (Azerbaijan)"ın nəticələri yaxşılardan biridir. Onun sözlərinə görə, bu da əsasən Bankın əsas səhmdarlarından biri olan Rusiya hökumətinin banka lazımi dəstəyi verməsi ilə bağlıdır.

Sədr bildirib ki, "Bank VTB (Azerbaijan)" kapitalını artıraraq problemli kreditləri balansdan silə bilər: "Bunu da kompensasiya etmək üçün səhmdarlardan əlavə vəsaitin cəlb edilməsi nəzərdə tutulur".

"Bu il zərərlə yekunlaşacaq. Zərərin həcmi isə ilin sonunda dəqiqləşəcək. Bütün zərərləri bu il bağlamağa çalışırıq ki, gələn il stabil, mənfəətlə işləyək", - deyə Y.Yakovlev vurğulayıb.

Son xəbərlər

Orphus sistemi