​"Bank Technique" yeni sədrin təyinatı xəbərinə aydınlıq gətirib

​"Bank Technique" yeni sədrin təyinatı xəbərinə aydınlıq gətirib Bankdakı mənbələr isə yeni sədrin kollektivlə tanış olduğunu bildirir
Maliyyə
16 Aprel , 2015 12:51
​Bank Technique yeni sədrin təyinatı xəbərinə aydınlıq gətirib

Bakı. 16 aprel. REPORT.AZ/ Azərbaycan Beynəlxalq Bankı İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyevin "Bank Technique" ASC-nin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilməsi ilə bağlı məlumat yayılıb. Hətta Cahangir Hacıyevin artıq Bankın əməkdaşları ilə də tanış edildiyi bildirilir.

"Report"a bu barədə Bankın əməkdaşlarından məlumat verilib. İşçilər yeni sədrin gəlişi ilə əlaqədar onun iş otağının təmirə bağlandığını da bildirilir.

Bankın PR və marketinq şöbəsindən isə məlumatı rəsmi olaraq təkzib ediblər: "Bu məlumat həqiqətə uyğun deyil. Hazırda bankda İdarə Heyətinin sədri vəzifəsi vakantdır. Keçmiş sədrin vəzifələrini bir neçə aydır İdarə Heyəti sədrinin birinci müavini Yaşar Səfərov icra edir".

Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankı Müşahidə Şurasının 18 mart 2015-ci il tarixində keçirilmiş iclasında Bankın İdarə Heyətinin sədri Cahangir Hacıyevin səhhəti ilə əlaqədar tutduğu vəzifədən azad edilməsi barəsində ərizəsi təmin edilib.

Son xəbərlər

Orphus sistemi