"Bank Technique"in kartları ilə əməliyyatlar bərpa olunub

"Bank Technique"in kartları ilə əməliyyatlar bərpa olunub Kartlar vasitəsilə göstərilən bütün xidmətlər aktivləşdirilib
Maliyyə
5 Noyabr , 2015 17:22
Bank Techniquein kartları ilə əməliyyatlar bərpa olunub

Bakı. 5 noyabr. REPORT.AZ/ "Bank Technique" ASC-yə məxsus bank kartlarının işi bərpa edilib. "Report"un banka istinadən verdiyi xəbərə görə, kartlardan bankomatlarda, o cümlədən xaricdə, eləcə də elektron hesablaşmalarda, onlayn alış-veriş zamanı istifadə etmək mümkündür. 

Kartlar vasitəsilə göstərilən bütün xidmətlər aktivdir.

Qeyd edək ki, bir müddət əvvəl təcili pul köçürmələri sistemləri üzrə bütün növ əməliyyatlar bərpa edilib.

Oktyabrın 16-da bankın səhmdarlarının yığıncağında Müşahidə Şurasının sədri Rövşən İsmayılovun işdən çıxması isə bağlı ərizəsi təmin edilib və bankın səhmdarlarının Ümumi Yığıncağının qərarı ilə Müşahidə Şurasının sədri vəzifəsinə təyin edilmiş Etibar Mahmud oğlu Əliyev oktyabrın 27-dən vəzifəsinin icrasına başlayıb.

Xatırladaq ki, R.İsmayılov bu vəzifədə elə E.Əliyevi əvəz eləyib və 2012-ci ildə bankın Müşahidə Şurasının sədri təyin olunub.

Son xəbərlər

Orphus sistemi