"Bank Technique"in aktivləri azalır

"Bank Technique"in aktivləri azalır Bankın depozit portfelində də azalma müşahidə olunur
Maliyyə
27 May , 2015 15:49
Bank Techniquein aktivləri azalır

Bakı. 27 may. REPORT.AZ/ “Bank Technique” ASC-nin aktivləri cari ilin əvvəlindən 4,01% azalaraq mayın 1-nə 584,3 mln. manat təşkil edib.

"Report"un banka istinadən verdiyi xəbərə görə, bu müddətdə kredit portfeli 2,78% artaraq 434,7 mln. manata çatıb. Hesabat dövründə depozit portfelinin həcmində isə azalma müşahidə olunub. Bankın depozit portfeli 4,71% azalaraq 291,9 mln. manata düşüb.

Cari il mayın 1-nə bankın nizamnamə kapitalı 75,1 mln. manat təşkil edib. 

Qeyd edək ki, son dövrdə “Bank Technique”də kütləvi həbslər və kredit qalmaqalları barədə məlumatlar yayılsa da, bu məlumatlar bank tərəfindən rəsmən təkzib edilib.

Son xəbərlər

Orphus sistemi