"Bank Technique" əmanət faizlərini artırıb

"Bank Technique" əmanət faizlərini artırıb Artım milli valyuta və avroda yeni açılmış depozitlərə aiddir
Maliyyə
26 Fevral , 2015 13:02
Bank Technique əmanət faizlərini artırıb

Bakı. 26 fevral. REPORT.AZ/ Azərbaycanın "Bank Technique" ASC fiziki şəxslərin əmanətləri üzrə faiz dərəcələrini 1-3% artırıb. Artım milli valyuta və avroda yeni açılmış depozitlərə şamil olunur.

"Report"un banka istinadən verdiyi xəbərə görə, milli valyutadakı “Standart” əmanət növü üzrə illik gəlirlilik 10%-dən 12%-ə yüksəlib. Depozit 5 il müddətinə yerləşdirilsə, illik faiz ödənişləri məbləğin 16%-ni təşkil edəcək. Həmçinin avrodakı “Standart” əmanəti üzrə gəlirlilik 7%-dən 8%-dək artırılıb.

Bundan əlavə, “Bank Technique” Əmanətlərin Sığortalanması Fondunun qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddinin 9%-dən 12 %-ə qaldırılması barədə qərarını nəzərə alaraq, müvafiq olaraq “Sığortalı” əmanətinin illik faiz dərəcəsini 12% müəyyən edib. Əvvəl bu göstərici 9% olub.

Bank həmçinin “Tələbli” depoziti üzrə faiz dərəcələrini artırdığını bildirir. Hazırda milli valyutadakı əmanətlərdə bu rəqəm 4%-dən 6%-dək qaldırılıb.

Ümumilikdə yuxarıda qeyd olunan depozit növləri üzrə əmanətlər müddətdən əvvəl belə götürüldükdə hesablanan faiz dərəcələri bank tərəfindən artırılıb. Bu halda faiz dərəcəsi 2%-dək yüksəlib.

Qeyd edək ki, əmanətlərin digər şərtləri dəyişməz qalıb.

Son xəbərlər

Orphus sistemi