"Bank Technique"ə yeni sədr təyin olunub

"Bank Technique"ə yeni sədr təyin olunub Müşahidə Şurasının qərarı ilə Eldar Cəfərov bankın İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib
Maliyyə
6 Noyabr , 2015 16:32
Bank Techniqueə yeni sədr təyin olunub

Bakı. 6 noyabr. REPORT.AZ/ “Bank Technique” ASC-nin Müşahidə Şurasının qərarı ilə Eldar Hüseyn oğlu Cəfərov bankın İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib. "Report" bu barədə bankın yaydığı məlumata istinadən xəbər verir.

E.Cəfərov 1974-cü ildə Tovuz şəhərində anadan olub. 1990-1995-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alıb. O, 2009-cu ildə ABŞ-ın Bankirlər Assosiasiyasının Stonier ali bank məktəbinin məzunu olub.

1995-ci ildən Azərbaycanın bank-maliyyə sektorunda müxtəlif vəzifələrdə çalışmış E.Cəfərovun “Cred Agro” və "Mol Bulak" bank olmayan kredit təşkilatlarının yaradılmasında və idarəetməsində müstəsna rolu olub.

Qeyd edək ki, “Bank Technique”ə təyinat almazdan əvvəl E.Cəfərov “Mol Bulak” BOKT-ın direktoru olub.

Son xəbərlər

Orphus sistemi