Bakı. 6 oktyabr. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatasının lisenziyasını ləğv etdiyi "Bank Standard" QSC müflis elan edilib.
Bu barədə "Report"a Azərbaycan Əmanətlərin Sığortalanması Fondundan (ADİF) məlumat verilib.
Bildirilib ki, bununla bağlı qərarı oktyabrın 4-də 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi qəbul edib. Qərara əsasən, ADİF Bankın ləğvedicisi kimi fəaliyyətə başlayıb.