"Bank Standard"ın ipoteka portfeli "Muğanbank" və "NBC Bank"a ötürülüb - YENİLƏNİB

"Bank Standard"ın ipoteka portfeli "Muğanbank" və "NBC Bank"a ötürülüb - YENİLƏNİB "Muğanbank"ın ipoteka portfeli 2 dəfə böyüyüb
Maliyyə
5 Oktyabr , 2016 16:09
Bank Standardın ipoteka portfeli Muğanbank və NBC Banka ötürülüb - YENİLƏNİB

Bakı. 5 avqust. REPORT.AZ/ Ləğvetmə prosesində olan "Bank Standard" QSC-nin ipoteka portfelinin bir qismi "Muğanbank" ASC-yə ötürülüb. Bu barədə "Report"a "Muğanbank"dan bildirilib.

Məlumata görə, bunun üçün oktyabrın 3-də “Azərbaycan İpoteka Fondu” ASC (AİF) ilə “Muğanbank” arasında imzalanmış 20 dekabr 2006-cı il tarixli xidmət müqaviləsinə əlavələr edilib.

Son nəticədə "Muğanbank"ın ipoteka portfeli 2 dəfə böyüyüb. Hazırda Bank 2 minə yaxın ipoteka krediti götürmüş müştəriyə xidmət göstərir və AİF-in müvəkkil kredit təşkilatları arasında ipoteka portfelinin həcminə görə liderdir.

"Bank Standard"in ipoteka portfelinin bir qismini isə "NBC Bank" ASC idarə edəcək. Bu barədə "Report"a "NBC Bank"dan bildirilib. Bu məqsədlə AİF və Bank arasında bağlanmış xidməti müqavilə yenilənib.

Xatırladaq ki, cari ilin II yarısının əvvəlinə "Bank Standard"ın 1 181 aktiv ipoteka krediti olub. Bu rəqəm "Muğanbank"da 1 105, "NBC Bank"da 452 olub.

Son xəbərlər

Orphus sistemi