"Bank Standard"ın əmanətçilərinə ödənilən kompensasiyanın limiti artırılıb

"Bank Standard"ın əmanətçilərinə ödənilən kompensasiyanın limiti artırılıb Bu gündən 50 000 ABŞ dollar və 80 000 manata qədər olan qorunan əmanətlər üzrə kompensasiya ödənilir
Maliyyə
13 Oktyabr , 2016 12:34
Bank Standardın əmanətçilərinə ödənilən kompensasiyanın limiti artırılıb

Bakı. 13 oktyabr. REPORT.AZ/ Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) ləğvetmə prosesində olan "Bank Standard" QSC-nin əmanətçilərinə ödənilən kompensasiyanın limitini artırıb. Fonddan "Report"a verilən məlumata görə, Bankın əmanətçilərinin sayının çox olması və əmanətçilər arasında sosial həssas təbəqələrin olması nəzərə alınaraq bu gündən 50 000 ABŞ dollar və 80 000 manata qədər olan qorunan əmanətlər üzrə kompensasiyaların ödənişi həyata keçirilir. 

Xatırladaq ki, indiyə qədər bu məbləğ 20 min dollar idi.

Daha iri məbləğdə qorunan əmanətlər üzrə kompensasiyaların ödənişinə isə yaxın günlərdə başlanılacaq və bu barədə ictimaiyyət əlavə məlumatlandırılacaq. Kompensasiyalar “Bank Standard”ın baş ofisi daxil olmaqla Bakı şəhəri və regionlarda yerləşən 14 filialında ödənilir. 

Son xəbərlər

Orphus sistemi