"Bank Standard"ın əmanətçilərinə kompensasiya bankın filiallarında ödənilə bilər

"Bank Standard"ın əmanətçilərinə kompensasiya bankın filiallarında ödənilə bilər Azad Cavadov: "Lazım bilinsə, əmanətçilər kompensasiyanı "Bank Standard"ın özündən alacaqlar"
Maliyyə
4 Oktyabr , 2016 11:39
Bank Standardın əmanətçilərinə kompensasiya bankın filiallarında ödənilə bilər

Bakı. 4 oktyabr. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən lisenziyası ləğv edilmiş “Bank Standard” QSC-nin də əmanətçilərinə kompensasiya Bankın filiallarında ödənilə bilər.

“Report” xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov deyib.

Onun sözlərinə görə, hazırda Bankın həm baş ofisi, həm də filiallarının texniki imkanları nəzərdən keçirilir: "Lazım bilinsə, əmanətçilər kompensasiyanı “Bank Standard”ın özündən alacaqlar".

Son xəbərlər

Orphus sistemi