"Bank Silkway" ilk rübü mənfəətlə başa vurub

"Bank Silkway" ilk rübü mənfəətlə başa vurub Bank məzənnə dəyişikliyi də daxil olmaqla, valyuta əməliyyatlarından 1,8 mln. manat qazanıb
Maliyyə
26 Aprel , 2016 13:16
Bank Silkway ilk rübü mənfəətlə başa vurub

Bakı. 26 aprel. REPORT.AZ/ "Bank Silkway" ASC cari ilin birinci rübündə 5 466,4 min manat həcmində mənfəət əldə edib. "Report"un verdiyi xəbərə görə, bu müddətdə Bankın gəlirləri 10 015,9 min manat, xərcləri 3 958,4 min manat təşkil edib. Əvvəllki illə müqayisədə gəlirlərdə 3,2% artım, xərclərdə isə 29,6% azalma müşahidə olunub.

Faiz gəlirləri 31,2% artaraq 7 100,5 min manat, qeyri-faiz gəlirləri 32,1% azalaraq 2 915,5 min manat olub. Faiz xərcləri 47,4% artaraq 3 851,3 min manat, qeyri-faiz xərcləri 27,3% azalaraq 2 188,7 min manat təşkil edib.

Bu müddətdə Bank məzənnə dəyişikliyi də daxil olmaqla, valyuta əməliyyatlarından 1 804,3 min manat gəlir əldə edib. Belə ki, xarici valyuta ticarəti üzrə 1 975,1 min manat gəlir əldə olunub, bu müddətdə isə xarici valyutada olan aktiv və passivlərin yenidən dəyərləndirilməsindən 170,8 min manat itki yaranıb.

Qeyd edək ki, ötən ilin birinci rübünü "Bank Silkway" 92,91 min manat zərərlə başa vurub. 

Son xəbərlər

Orphus sistemi