​"Bank Respublika" regional filiallarını bağlayır

​"Bank Respublika" regional filiallarını bağlayır Şəki, İmişli və Göyçay filiallarının müştərilər qarşısındakı öhdəlikləri qonşu rayonlardakı filiallarda icra olunacaq
Maliyyə
8 Yanvar , 2016 17:29
​Bank Respublika regional filiallarını bağlayır

Bakı. 8 yanvar. REPORT.AZ/ Xidmət şəbəkəsində effektivliyin artırılması məqsədilə 1 fevral 2016-cı il tarixindən etibarən "Bank Respublika" ASC Şəki, İmişli və Göyçay filiallarının fəaliyyətini dayandırır. 

Bu barədə "Report"a Bankın mətbuat xidmətindən məlumat verilib: "Ölkənin maliyyə sistemində yaranmış vəziyyəti həmçinin qeyd olunan filialların rentabellik və potensial baxımından aşağı səviyyədə olmasını nəzərə alaraq, Bank onların bağlanması haqqında qərar verib".

Məlumata görə, bununla yanaşı, Şəki, İmişli və Göyçay filiallarının müştərilər qarşısındakı öhdəlikləri (əmanətlər, kreditlər, plastik kartlar, hesablar və digər bank xidmətləri) aşağıdakı qaydada yerinə yetiriləcək:

İmişli filialı – Şirvan filialı (Şirvan şəhəri, 20 Yanvar küç,26А; tel. (+994 21) 215 66 88);

Şəki filialı - Qax filialı (Qax ş., İ.Mustafayev küç,3; tel. (+994 24) 255 52 20);

Göyçay filialı – Yevlax filialı (Yevlax ş, H.Əliyev pr,12; tel. (+994 22) 336 23 42, (+994 22) 336 23 47).

Son xəbərlər

Orphus sistemi