​"Bank Respublika" ötən il 61 nəfəri işdən kənarlaşdırıb

​"Bank Respublika" ötən il 61 nəfəri işdən kənarlaşdırıb Bu barədə Bankın ötən ilin yekunu ilə bağlı hesabatında bildirilir
Maliyyə
23 İyul , 2016 13:56
​Bank Respublika ötən il 61 nəfəri işdən kənarlaşdırıb

Bakı. 23 iyul. REPORT.AZ/ "Bank Respublika" ASC-nin işçilərinin sayı 2015-ci ildə 61 nəfər azalaraq 696-dan 635-ə düşüb. Bu barədə "Report" Bankın ötən ilin yekunu ilə bağlı hesabatına istinadən xəbər verir.

Hesabat əsasən, "Bank Respublika"da ilin ilk rübündə işçilərin sayı dəyişməyib. II rübdə 18 nəfər Bankı tərk edib və işçilərin sayı 678-ə enib. III rübdə 8 nəfər "Bank Respublika"ya işə qəbul olunub. Manatın təkrar devalvasiyasının baş verdiyi IV rübdə isə Bank 51 nəfəri işdən çıxarıb.

Xatırladaq ki, "Bank Respublika" 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 37 460 985,1 manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 2,45 manat olan 15 290 198 səhm əsasında formalaşıb. Səhmlərin 16,7%-i Almaniyanın "DEG" investisiya şirkətinə, 8,3%-i isə "Sparkassen International Development Trust" şirkətinə, 16,67%-i Natiq Saday oğlu Quliyevə, 15,18%-i Elçin Saday oğlu Quliyevə, 14,53%-i Sevda Saday qızı Quliyevaya, 14,36%-i Saday Əsəd oğlu Quliyevə, 14,07%-i Mariya Heydər qızı Quliyevaya, qalan 0,19%-i isə 9 fiziki və 3 hüquqi şəxsə məxsusdur.

Bankın səhmdarlarının iyulun 15-də keçirilmiş növbədənkənar yığıncağında nizamnamə kapitalının 53,39% və yaxud 20 mln. manat artırılaraq 57,461 mln. manata çatdırılması barədə qərar qəbul edilib.

Son xəbərlər

Orphus sistemi