​"Bank Respublika"nın aktivləri son bir ildə 6% artıb

​"Bank Respublika"nın aktivləri son bir ildə 6% artıb Bankda müştəri depozitlərinin həcmi 12% artaraq 344 mln. manatı keçib
Maliyyə
27 Yanvar , 2015 16:32
​Bank Respublikanın aktivləri son bir ildə 6% artıb

Bakı. 27 yanvar. REPORT.AZ/ Azərbaycanın "Bank Respublika" ASC-nin aktivləri illik müqayisədə 5,86% artaraq 2015-ci il yanvarın 1-nə 509,767 mln. manata çatıb.

"Report"un banka istinadən verdiyi xəbərə görə, hesabat ilində aktivlərin strukturunda nağd vəsaitlərin həcmi 74,15% artaraq 64,695 mln. manat, müxbir hesabları 15,19% artaraq 85,628 mln. manat, maliyyə sektoruna kreditlər və depozitlərin xalis məbləği 21,80% artaraq 5,929 mln. manat, müştərilərə verilən kreditlər və lizinqlər 7,44% artaraq 311,506 mln. manat (müştərilərə verilən kredit və lizinqlərin xalis məbləği 5,56% artaraq 303,729 mln. manat, kreditlər üzrə məqsədli ehtiyatlar 3,5 dəfə artaraq 7,777 mln. manat), investisiyalar və maliyyə iştirakı 29,22% artaraq 5,722 mln. manat təşkil edib.

Cari ilin əvvəlinə bankın öhdəliklərinin tərkibində müştəri depozitləri illik müqayisədə 11,45% artaraq 344,333 mln. manata çatıb. Hüquqi şəxslərin depozitlərinin həcmi 16,65% artaraq 171,921 mln. manat, fiziki şəxslərin depozitlərinin həcmi isə 6,70% artaraq 172,412 mln. manat olub.

Son xəbərlər

Orphus sistemi