​Bank Respublika 24/7 rejimində xidmət göstərən valyuta mübadiləsi terminalını quraşdırıb

​Bank Respublika 24/7 rejimində xidmət göstərən valyuta mübadiləsi terminalını quraşdırıb Yeni aparatın menyusu Azərbaycan, Rus, İngilis və İtalyan dillərindədir
Maliyyə
11 Fevral , 2015 14:52
​Bank Respublika 24/7 rejimində xidmət göstərən valyuta mübadiləsi terminalını quraşdırıb

Bakı. 11 fevral. REPORT.AZ/ "Bank Respublika" ASC Bakı şəhəri Xaqani küçəsi 21 ünvanında yerləşən baş ofisinin qarşısında valyuta mübadiləsi əməliyyatlarının aparılması üçün yeni 24/7 rejimində xidmət göstərən terminal fəaliyyətə başlayıb. Bu barədə "Report"a bankın mərkəzi ofisindən məlumat verilib.

Məlumata görə, yeni terminal paytaxt sakinləri və qonaqları üçün günün 24 saatı ərzində valyuta mübadiləsi üzrə əməliyyatların aparılmasını təmin edir.

Yeni aparatın menyusu Azərbaycan, Rus, İngilis və İtalyan dillərindədir.

Mübadilə əməliyyatının 1dəfəlik maksimal həddi 550 AZN (ekvivalenti) təşkil edir və bunun üçün heç bir komissiya haqqı tutulmur.

Valyuta mübadiləsi bankomatında AZN, USD, EUR, RUR, GBP valyutaları qəbul edilir, bunun müqabilində isə AZN, USD,EUR, RUB valyutasında əsginazları almaq mümkündür.

Bununla yanaşı gündəlik məzənnə bank tərəfindən təyin olunur və ekranda göstərilir. Eyni zamanda bankomat seçilmiş valyutalar üzrə hesablama apararaq müştəriyə konvertasiya olunmuş məbləği də göstərir.

Əməliyyat bitdikdən sonra qəbzin üzərində, həmçinin bütün bu məlumatlar əks olunur.

Son xəbərlər

Orphus sistemi