"PAŞA Bank" yeni proqram komplekslərini tətbiq edib

"PAŞA Bank" yeni proqram komplekslərini tətbiq edib Azərbaycan bankı MDB məkanında bu proqramları tətbiq edən ilk bank təşkilatı olub
Maliyyə
16 Fevral , 2015 14:33
PAŞA Bank yeni proqram komplekslərini tətbiq edib

Bakı. 16 fevral. REPORT.AZ/ Azərbaycanın "PAŞA Bank" ASC MDB ölkələrinin bankları arasında ilk dəfə olaraq "SafeWatch Filtering" və "SafeWatch Profiling" proqram kompleksini tətbiq edib.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, bununla da Azərbaycan bankı MDB-də terrorizmin maliyyələşdirilməsi və pulların yuyulmasının qarşısının alınması üçün proqram kompleksini quraşdıran və uğurla istifadə edən ilk bank olub.

"en.SafeWatchFiltering" və "en.SafeWatchProfiling" adlı proqram təminatından ibarət olan yeni sistem "PAŞA Bank"a müxtəlif mənbələrdən daxil olan çoxsaylı informasiyanı inteqrasiya edərək təhlil etməyə və mümkün maliyyə təhlükələrini və risklərini vizuallaşdırmağa imkan verir. Proqram kompleksi "EastNets" şirkəti tərəfindən hazırlanıb və "Financial Service Bureau" ilə birgə əməkdaşlıqda tətbiq olunub.

"PAŞA Bank"ın İdarə Heyətinin sədri Fərid Axundov bildirib ki, "PAŞA Bank" regionda "SafeWatch Filtering" və "SafeWatch Profiling" kimi müasir həlləri tətbiq edən ilk bankdır: "Bu texnologiyalar Azərbaycanın aparıcı maliyyə institutlarından biri kimi bizə beynəlxalq tələblərə, "Anti Money Laundering" siyasətinə tələb olunan uyğunluğu təmin etməyə, yəni lazımi məlumatları “qara siyahılar”la tutuşdurmağa və 5 siyahı – OFAC, UN, EU, "Bank of England" və SECO üzrə şübhəli əməliyyatların həyata keçirilməsinin qarşısını almağa imkan verir".

Son xəbərlər

Orphus sistemi