​"Bank of Baku" yeni kredit kampaniyasına başlayıb

​"Bank of Baku" yeni kredit kampaniyasına başlayıb Dekabrın 30-dək davam edən kampaniyadan Banka nağd pul krediti üçün müraciət edən müştərilər faydalana bilər
Maliyyə
24 Dekabr , 2015 13:55
​Bank of Baku yeni kredit kampaniyasına başlayıb

Bakı. 24 dekabr. REPORT.AZ/ Manatla kreditləşməni davam etdirən "Bank of Baku" ASC yeni il ərəfəsində müştərilərə bayram hədiyyəsi olaraq nağd pul kreditlərinə 3%-dək endirim tətbiq edib.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, endirim kampaniyasından dekabrın 30-dək Banka nağd pul krediti üçün müraciət edən müştərilər faydalana biləcəklər. Kredit manatla dövlət və özəl müəssisələrində çalışan şəxslərə, həmçinin Bankın təkrar müştərilərinə 5 min manatadək məbləğdə maksimum 12 ay müddətinə verilir.

Kreditin rəsmiləşdirilməsi üçün tələb olunan iş yerindən arayışı müştərilər bankdan ayrılmadan "Elektron Hökumət" xidməti vasitəsilə müraciət etdikləri filialda əldə edə bilərlər.

Son xəbərlər

Orphus sistemi