​"Bank of Baku" yeni kredit kampaniyasına başlayıb

​"Bank of Baku" yeni kredit kampaniyasına başlayıb Krediti rəsmiləşdirmək üçün şəxsiyyət vəsiqəsi, elektron arayış və ya iş yerindən arayışı təqdim etmək kifayətdir
Maliyyə
21 Avqust , 2015 11:41
​Bank of Baku yeni kredit kampaniyasına başlayıb

Bakı. 21 avqust. REPORT.AZ/ “Bank of Baku” ASC yalnız sadiq müştəriləri üçün “Bizi sevənlər qazanır!” adlı yeni kredit kampaniyasına start verib. Bu barədə "Report"a Bankın baş ofisindən məlumat verilib.

Sentyabrın 15-dək davam edəcək aksiyanın şərtlərinə görə, 12 aydan çox Bankla müsbət kredit tarixçəsi olan və digər banklarda hazırda aktiv nağd krediti olmayan müştərilər bu kampaniyadan faydalanaraq 10 min manata qədər pul kreditini 24 ayadək, faizsiz komissiya və faiz dərəcəsində 2% endirimlə əldə edə bilərlər.

Məlumata görə, krediti rəsmiləşdirmək üçün şəxsiyyət vəsiqəsi, elektron arayış və ya iş yerindən arayışı təqdim etmək kifayətdir.

Son xəbərlər

Orphus sistemi