​"Bank of Baku" manat əmanətlərini bahalaşdırıb

​"Bank of Baku" manat əmanətlərini bahalaşdırıb Milli valyuta ilə əmanətlər illik 12-13%-lə qəbul edilir
Maliyyə
21 İyul , 2016 10:11
​Bank of Baku manat əmanətlərini bahalaşdırıb

Bakı. 21 iyul. REPORT.AZ/ "Bank of Baku" ASC Azərbaycan manatı ilə qəbul etdiyi əmanətlərin illik faiz dərəcələrini 1% artırıb. Bu barədə "Report"a Bankdan bildirilib.

Məlumata görə, hazırda milli valyuta ilə əmanətlər faizlərin aylıq və müddətin sonunda ödənilməsindən asılı olaraq illik 12-13%-lə qəbul edilir. Bundan əvvəl illik gəlirlilik müvafiq olaraq 11-12% olub.

"Bank of Baku"nun ABŞ dolları və avro ilə əmanət qəbulu şərtlərində isə dəyişiklik yoxdur.

Xatırladaq ki, "Bank of Baku" 1994-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 52,87 mln. manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 15,55 manat olan 3,4 mln. səhm əsasında formalaşıb.

Bankın səhmlərinin 35%-i Türkiyənin "NAB Holdinq Anonim Şirkəti"nə, 31,11%-i İsmayılov Hikmət Abuzər oğluna ("Azsığorta" ASC-nin 100%-lik səhmdarı), 28,89%-i "Azpetrol Neft Şirkəti" MMC-yə, 5%-i isə İsayev Elçin Həmid oğluna (Müşahidə Şurasının sədri) məxsusdur. 

Son xəbərlər

Orphus sistemi