"Bank of Baku" manat əmanətlərini bahalaşdırıb

"Bank of Baku" manat əmanətlərini bahalaşdırıb Bankın dollar və avro ilə əmanət qəbulu şərtlərində isə dəyişiklik yoxdur
Maliyyə
21 Oktyabr , 2016 15:47
Bank of Baku manat əmanətlərini bahalaşdırıb

Bakı. 21 oktyabr. REPORT.AZ/ "Bank of Baku" ASC milli valyutada qəbul etdiyi əmanətlərin illik faiz dərəcəsini artırıb.

Bu barədə "Report"a bankdan bildirilib.

Məlumata görə, hazırda "Bank of Baku"da 1 il müddətinə manatla yerləşdirilmiş əmanətlərə görə faizlərin aylıq və yaxud müddətin sonunda götürülməsindən asılı olaraq 13,5-14% dividend ödənilir. Bu göstərici indiyə qədər 12-13% olub.

Bankın ABŞ dolları və avro ilə əmanət qəbulu şərtlərində isə dəyişiklik yoxdur.

Xatırladaq ki, "Bank of Baku" 1994-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 52,87 mln. manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 15,55 manat olan 3,4 mln. səhm əsasında formalaşıb. Səhmlərin 35%-i Türkiyənin "NAB Holding"inə, 31,11%-i Hikmət Abuzər oğlu İsmayılova ("Azsığorta" ASC-nin 100%-lik səhmdarı), 28,89%-i "Azpetrol Neft Şirkəti" MMC-yə, 5%-i isə Elçin Həmid oğlu İsayevə (Müşahidə Şurasının sədri) məxsusdur.

Son xəbərlər

Orphus sistemi