​"Bank of Baku" kredit kartlarından istifadənin stimullaşdırılmasına başlayıb

​"Bank of Baku" kredit kartlarından istifadənin stimullaşdırılmasına başlayıb Müştərilər istənilən filiala yaxınlaşaraq yeni kartın rəsmiləşdirilməsi üçün müraciət edə bilərlər
Maliyyə
29 Yanvar , 2016 16:59
​Bank of Baku kredit kartlarından istifadənin stimullaşdırılmasına başlayıb

Bakı. 29 yanvar. REPORT.AZ/ "Bank of Baku" ASC bir müddət öncə təqdim etdiyi yeni "Bolkart" kredit kartlarından istifadənin stimullaşdırılmasına başlayıb. "Report"un Banka istinadən verdiyi xəbərə görə, köhnə "Bolkart" sahibi olan müştərilər Bankın istənilən filialına yaxınlaşmaqla yeni kartın rəsmiləşdirilməsi üçün müraciət edə bilərlər.

Yeni "Bolkart"ı ("Bolkart Gənc", "Bolkart Ailə", "Bolkart Gold", "Bolkart Diamond") əldə etmək istəyən şəxslər iş yerindən arayışı və ya gəlirlərini təsdiq edən sənədi təqdim etməklə Bankın istənilən filialına müraciət etməlidir.

Yeni kartdan istifadənin təşviqi fonunda köhnə "Bolkart" kredit kartlarının şərtlərində müəyyən dəyişikliklərin olması da nəzərdə tutulub. Dəyişikliklər əsasən kartlardan istifadə və ödəniş aktivliyindən asılı olaraq 28 yanvar tarixindən etibarən tətbiq olunur.

Son xəbərlər

Orphus sistemi