"Bank of Baku" birjanın listinqinə daxil edilib

"Bank of Baku" birjanın listinqinə daxil edilib Sabahdan Bakı Fond Birjasında "Bank of Baku"nun qiymətli kağızları üzrə ticarətə start verilir
Maliyyə
6 İyul , 2015 17:59
Bank of Baku birjanın listinqinə daxil edilib

Bakı. 6 iyul. REPORT.,AZ/ Bu gündən etibarən Bakı Fond Birjası (BFB) Listinq Komitəsinin qərarı ilə “Bank of Baku” ASC-nin qiymətli kağızları BFB-də alternativ bazar seqmentində listinqə daxil edilib.

"Report"un verdiyi xəbərə görə, bu barədə Birjanın yaydığı məlumatda bildirilir.

Məlumata əsasən, ticarətə buraxılan qiymətli kağızların sayı 3,4 mln. ədəd, qiymətli kağızların ilkin ticarət qiyməti 15,55 manat təşkil edir. Ticarətə iyulun 7-dən etibarən başlanılacaq.

Son xəbərlər

Orphus sistemi