Bakı. 18 dekabr. REPORT.AZ/ "Bank of Baku" ASC "Mümkündür" adlı yeni kredit məhsulunu müştərilərə təqdim edib. Bütün özəl və dövlət müəssisələrində çalışan şəxslərə özəl olaraq hazırlanan bu məhsul müştərilərə 30 minədək kredit almağa imkan verəcək.
"Report"un Banka istinadən verdiyi xəbərə görə, “Mümkündür” kreditini həm manat, həm də dollarla nağd əldə etmək olar. Minimum 5 000 AZN/USD, maksimum 30 000 AZN/USD həcmində ayrıla bilən kredit 12-60 ay müddətə rəsmiləşdirilə bilər.
Kredit şərtlərinə əsasən, son ödəniş tarixinə qədər yaşı 65 olan dövlət və özəl müəssisələrin əməkdaşları şəxsiyyət vəsiqəsi, gəlirləri təsdiq edən sənədi və təminat qismində girov qoyulan daşınmaz əmlakın mülkiyyət sənədini təqdim etməklə kredit əldə edə bilərlər.
Müştərilər iş yerindən arayışı bankdan ayrılmadan "Elektron Hökumət" portalı vasitəsilə müraciət etdikləri filialda əldə edə bilərlər.