​"Bank of Azerbaijan"ın əmanətçilərinə 24 mln. manat ödəniləcək

​"Bank of Azerbaijan"ın əmanətçilərinə 24 mln. manat ödəniləcək Bu bankdakı əmanətlərə görə kompensasiyaların ödənilməsinə yanvarın 29-da başlanılacaq
Maliyyə
27 Yanvar , 2016 16:36
​Bank of Azerbaijanın əmanətçilərinə 24 mln. manat ödəniləcək

Bakı. 27 yanvar. REPORT.AZ/ "Bank of Azerbaijan" ASC-nin əmanətçilərinə sığortalanmış əmanətlərin qaytarılmasına yanvarın 29-dan başlanılacaq. Bu barədə "Report"a Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov deyib.

A.Cavadovun sözlərinə görə, kompensasiya alacaq əmanətçilərin sayı hələ tam dəqiqləşdirilməyib: "Ümumilikdə, 6 mindən çox əmanətçiyə 24 mln. manat məbləğində kompensasiya veriləcək. Kompensasiyalar əmanətçilərə "Muğanbank" ASC, Naxçıvanda isə "Rabitəbank" ASC-nin filialı vasitəsilə veriləcək".

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin 18 yanvar 2016-cı il tarixli qərarı ilə məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, məcmu kapitalın adekvatlıq əmsalının 3%-dən az olduğuna, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə “Bank of Azerbaijan” ASC-nin bank lisenziyası ləğv edilib və bu tarixdən etibarən banka müvəqqəti inzibatçı təyin edilib.

Xatırladaq ki, yanvarın 22-də isə "Bank of Azerbaijan" ASC ilə bağlı sığorta hadisəsi olub və ƏSF “Bank of Azerbaijan”da 30 min manata qədər qorunan əmanəti olan əmanətçilərin əmanətlərinin 100%-i həcmində kompensasiya ödəniləcəyinə təminat verib.

Son xəbərlər

Orphus sistemi