"Bank Melli İran-Baku"nun zərəri artıb

"Bank Melli İran-Baku"nun zərəri artıb Bankın kredit portfeli və maliyyə institutları qarşısında öhdəlikləri artıb
Maliyyə
3 May , 2016 15:54
Bank Melli İran-Bakunun zərəri artıb

Bakı. 3 may. REPORT.AZ/ "Bank Melli İran-Baku"nun aktivləri cari ilin əvvəlindən cüzi azalaraq (-0,3%) aprelin 1-nə 100,567 mln. manat təşkil edib. "Report"un Banka istinadən verdiyi xəbərə görə, bu müddətdə kredit portfelində isə artım qeydə alınıb. Müştərilərə verilən kreditlərin həcmi 4,1% artaraq 10,652 mln. manata yüksəlib.

Bankın maliyyə institutları qarşısında öhdəlikləri hesabat dövründə 2,1% artaraq 47,894 mln. manat olub. Müştəri hesabları 20,2% azalaraq 2,162 mln. manata düşüb.

Cari il aprelin 1-nə Bankın nizamnamə kapitalı 51,434 mln. manat, cəmi kapitalı 50,454 mln. manat təşkil edib. Cari ilin əvvəli ilə müqayisədə nizamnamə kapitalı dəyişməz qalıb, cəmi kapitalda isə 1,41% azalma müşahidə olunub.

Hesabata əsasən, yığılmış zərər ilin əvvəlindən 3,6 dəfə artaraq 1,002 mln. manatı üstələyib. 

Son xəbərlər

Orphus sistemi