Bakı. 21 oktyabr. REPORT.AZ/ "Bank Melli İran"ın Bakı filialının aktivləri bu ilin əvvəlindən 11,8% azalaraq 2016-cı il oktyabrın 1-nə 88,938 mln. manata enib.
"Report"un Banka istinadən verdiyi xəbərə görə, hesabat dövründə müştərilərə verilmiş kredirlərin həcmində də azalma qeydə alınıb. Müştərilərə verilmiş kreditlər 16,88% azalaraq 8,508 mln. manat təşkil edib.
Vaxtı keçmiş kreditlərin məcmu kredit portfelində xüsusi çəkisi əvvəlki rüblə müqayisədə 3,24 faiz bəndi artsa da, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 14,17 faiz bəndi artıb. Belə ki, III rübün yekununa kredit portfelinin 22,44%-ni və ya 2,259 mln. manatını vaxtı keçmiş kreditlər təşkil edib.
Bankın nizamnamə kapitalı ilin əvvəlindən dəyişməz qalaraq 51,434 mln. manat olub. Cari il oktyabrın 1-nə yığılmış zərər 56 dəfə artaraq 15,666 mln. manata yüksəlib. Qeyd edək ki, ilin əvvəlində bu göstərici 280,7 min manat olub. Cəmi kapital hesabat dövründə 30% azalaraq 35,802 mln. manat təşkil edib.