​"Bank BTB" yeni xidmətini istifadəyə verib

​"Bank BTB" yeni xidmətini istifadəyə verib Yeni xidmət üzrə güzəştli tariflər iyulun 4-dək qüvvədədir
Maliyyə
20 May , 2016 12:38
​Bank BTB yeni xidmətini istifadəyə verib

Bakı. 20 may. REPORT.AZ/ "Bank BTB" ASC yeni xidmət olaraq müştərilərə sənədlər, qiymətli kağızlar, zinət əşyaları və sair qiymətlilərin etibarlı mühafizə vasitəsi olan fərdi bank seyflərini təklif edir.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, "Bank BTB" fərdi bank seyflərinin tam məxfiliyini, toxunulmazlığını təmin edir və bütün seyflərin keyfiyyəti üzrə məsuliyyət daşıyır.

Müxtəlif ölçülərdə, davamlı materiallardan hazırlanmış və təhlükəsizlik qaydalarına cavab verən fərdi bank seyfləri "Bank BTB"-nin baş ofisində (Y.Səfərov küç.,27 ünvanında) yerləşir. Təklif olunan seyflərin icarə müddəti minimum 1 ay, maksimum 2 ildir. Tətbiq olunan “iki açar prinsipi (1 açar müştəridə və 1 açar bankda) yüksək məxfiliyi təmin edir. Müştəri və ya onun qanuni təmsilçisinin bilavasitə iştirakı olmadan heç kim fərdi bank seyfindən istifadə edə bilməz.

Fərdi bank seyflərinin güzəştli icarə tarifləri aşağıda cədvəldə qeyd olunub və iyulun 4-dək qüvvədədir:

100 mm x 326 mm x 420 mm 1 aylıq 20 AZN (ƏDV daxil)
200 mm x 326 mm x 420 mm 1 aylıq 30 AZN (ƏDV daxil)
400 mm x 326 mm x 420 mm 1 aylıq 40 AZN (ƏDV daxil)
600 mm x 326 mm x 420 mm 1 aylıq 50 AZN (ƏDV daxil)

"Bankın qəbul olunmuş strategiyanın əsas meyarları kimi müştərilərə təqdim edilən xidmət dairəsinin genişləndirilməsinə üstünlük verməkdir. Bura şəffaf müştəri bazasının artımı, “müştəri ilə böyümə” prinsipi və loyal müştəri portfelinin formalaşması da daxildir", - deyə Bankın məlumatında qeyd olunub. 

Son xəbərlər

Orphus sistemi