Bakı. 5 oktyabr. REPORT.AZ/ “Bank BTB” ASC "Müəllimlər günü" peşə bayramı ilə əlaqədar olaraq güzəştli kredit kampaniyasına start verib. Bu barədə “Report”a Bankın mətbuat xidmətindən məlumat verilib.
Məlumatda deyilir ki, oktyabrın 5-dən 31-dək təhsil sahəsində çalışan əməkdaşlar "Nağd pul krediti" məhsulunu sərfəli şərtlərlə alacaqlar.
Kampaniya müddətində “Nağd pul” istehlak krediti məhsulu çərçivəsində zaminsiz 3 min manatadək kreditlər faizsiz komissiya ilə 3 il müddətədək veriləcək. Kreditin maksimal məbləği 5 min manatdır.
Güzəştli və zaminsiz “Nağd pul krediti"ni “Bank BTB”-nin baş ofisindən və bütün filiallarından almaq mümkündür.