“Bank BTB” yeni kampaniyaya başlayıb

“Bank BTB” yeni kampaniyaya başlayıb "Premium” plastik kart sahibləri müxtəlif güzəştlər əldə edəcəklər
Maliyyə
19 Avqust , 2016 12:36
“Bank BTB” yeni kampaniyaya başlayıb

Bakı. 19 avqust. REPORT.AZ/ “Bank BTB” ASC-dən “Visa Gold” və “Visa Platinum” plastik kartların sahiblərinə yeni imtiyazlar təqdim edib. Bu barədə “Report”a Bankın mətbuat xidmətindən məlumat verilib.

Məlumatda deyilir ki, “Premium” plastik kart sahibləri müxtəlif mağazalarda 15%-dən başlayan güzəştləri əldə edəcəklər.

Əlavə olaraq “Google Play” və “App Store” proqramlarını tətbiq edərək bütün təkliflər və imtiyazlar haqqında xəbərləri də öyrənmək mümkündür. Təklifin müddəti 2017-ci ilin aprelin 30-a qədərdidir. Endirimlər debet və kredit kart tipləri üçün etibarlıdır.

Kampaniya haqqında daha ətraflı məlumatı www.visa.com.az saytından əldə etmək olar.

Bank xidmətləri haqqında Məlumat Mərkəzi (012) 946 qısa nömrəsindən, rəsmi sayt (www.btb.az) və ya bankın www.facebook.com/bankbtb ünvanında olan "Facebook" səhifəsindən ətraflı məlumat almaq mümkündür. 

Son xəbərlər

Orphus sistemi