"Bank BTB" yeni depozit kampaniyasına başlayıb

"Bank BTB" yeni depozit kampaniyasına başlayıb Sonda əmanətçilərə hədiyyələr veriləcək
Maliyyə
16 May , 2016 17:54
Bank BTB yeni depozit kampaniyasına başlayıb

Bakı. 16 may. REPORT.AZ/ "Bank BTB" ASC “Güvən, Qazan!” adlı yeni depozit kampaniyasına start verib. Kampaniya “Müddətli” və “Proqressiv” əmanət məhsulları üzrə keçirilir.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, həm manat, həm də ABŞ dollarında Əmanətlərin Sığortalanması Fondunun (ADİF) sığortalanan əmanətlərin maksimal illik faiz dərəcəsi həddində əmanət yerləşdirən əmanətçilərə manatla yerləşdirilən əmanətlərin 2%-i həcmində, dollarda isə 1% həcmində hədiyyələr veriləcək.

Kampaniya əmanətlərini minimum 6 ay müddətinə və ən azı 1 000 manat və ya dollar yerləşdirilən əmanətçilərə şamil edilir. Hədiyyələr əmanətçilərə kampaniyanın bitmə tarixindən 1 ay sonra təqdim olunacaq.

Son xəbərlər

Orphus sistemi