"Bank BTB" son rübü mənfəətlə başa vurub

"Bank BTB" son rübü mənfəətlə başa vurub Bankın Müşahidə Şurasının sədri vəzifəsinə Rza Sadiq təyin edilib
Maliyyə
23 Dekabr , 2015 09:37
Bank BTB son rübü mənfəətlə başa vurub

Bakı. 23 dekabr. REPORT.AZ/ Azərbaycanın "Bank BTB" ASC (Baku Trade Bank) cari ilin III rübünü 132.41 min manat mənfəətlə yekunlaşdırıb.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, hesabat rübünün sonuna "Bank BTB"-nin aktivləri 156 mln. manat təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 14 mln. manat və ya 9,9% artım deməkdir.

Xatırladaq ki, bir müddət öncə "Bank BTB" əlavə səhm emissiyası vasitəsi ilə nizamnamə kapitalını 2 mln. manat həcmində və ya 4% artırmaq niyyətini bildirib, yeni emissiyanın yekununda nizamnamə kapitalı 52 mln. manata çatdırılacaq.

Həmçinin Müşahidə Şurasının tərkibində dəyişikliklər baş verib. Müşahidə Şurasının sədri Ceyhun Paşalının yerinə Rza Sadiq təyin edilib.

Keçmiş üzv R.Sadiqin Müşahidə Şurasına sədr keçməsindən sonra Əliş Tağıyev Bankın Müşahidə Şurasına üzv seçilib. Hazırda Bankın Müşahidə Şurasının tərkibi sədr və iki üzvdən ibarətdir. R.Sadiq "Bank BTB”-nin Müşahidə Şurasının sədri, Asim Salamov və Əliş Tağıyev Müşahidə Şurasının üzvləridir.

Bankdan bildirilib ki, İdarə Heyətinin tərkibində isə dəyişiklik olunmayıb. Hazırda Bankın İdarə Heyətinin sədri Samir Qocayev, sədrin müavini Rüfət Abbasov, üzvləri isə Erqin Quliyev, Vüsal Şahverdiyev və Roma Əliyevdir.

Xatırladaq ki, "Bank BTB" 2010-cu ildə təsis olunub və universal maliyyə-kredit müəssisəsi olaraq bütün növ bank xidmətlərini göstərir. Hazırda Bankın baş ofislə yanaşı 10 filialı və 20 bankomatı var.

Son xəbərlər

Orphus sistemi