"​Bank BTB"nin baş ofisi yeni ünvana köçüb

"​Bank BTB"nin baş ofisi yeni ünvana köçüb Bankın baş ofisi həftənin şənbə və bazar günləri istisna olmaqla, saat 08:30-dan 17:30-dək müştərilərə xidmət göstərəcək
Maliyyə
10 May , 2015 17:39
​Bank BTBnin baş ofisi yeni ünvana köçüb

Bakı. 10 may. REPORT.AZ/ "Bank BTB" ASC-nin baş ofisi yeni ünvana köçüb. "Report"un məlumatına görə, bankın yeni baş ofisi Bakı şəhəri, Xətai rayonu Yusif Səfərov 27 ünvanında yerləşir.

Birinci mərtəbəsində Əməliyyat İdarəsi yerləşən baş ofis fiziki və hüquqi şəxslərə müxtəlif növ bank xidmətləri, o cümlədən hesablaşma-kassa əməliyyatları, kreditlərin verilməsi, depozitlərin qəbulu, plastik kartlar ilə əməliyyatlar və müxtəlif istiqamətdə pul köçürmələri xidmətlərini göstərəcək.

Xatırladaq ki, "Bank BTB"nin baş ofisi həftənin şənbə və bazar günləri istisna olmaqla, saat 08:30-dan 17:30-dək müştərilərə xidmət edəcək.

Son xəbərlər

Orphus sistemi