"Bank BTB" kapitalını 21% artırıb

"Bank BTB" kapitalını 21% artırıb Bank subordinasiya borc öhdəliklərinin emissiyası hesabına kapitallaşmanı artırıb
Maliyyə
30 Mart , 2016 14:56
Bank BTB kapitalını 21% artırıb

Bakı. 30 mart. REPORT.AZ/ "Bank BTB” ASC-nin Səhmdarlarının Ümumi Yığıncağının qərarına əsasən, ümumi dəyəri 8,5 mln. ABŞ dolları olan subordinasiya borc öhdəliklərinin (istiqrazlar) emissiyası qərara alınıb.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, bununla əlaqədar olaraq Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə müraciət olunub və subordinasiya borc öhdəliklərinin buraxılışı (istiqrazlar) fevralın 23-də qeydiyyata alınıb və 17 mart tarixli (qeydiyyat №AZ2001009441) yekun hesabata əsasən istiqrazların buraxılışı yekunlaşıb.

Bununla da yeni investor cəlb olunmaqla "Bank BTB” ASC-nin məcmu kapitalının məbləği artaraq 61 727 190 manata çatdırılıb. Bu da məcmu kapitalın 31 dekabr 2015-ci il ilə müqayisədə 21% artımı deməkdir.

Son xəbərlər

Orphus sistemi