"Bank Avrasiya"nın öhdəlikləri 11% artıb

"Bank Avrasiya"nın öhdəlikləri 11% artıb Bu ilin 8 ayını Bank 6,4 mln. manat xalis mənfəətlə başa vurub
Maliyyə
3 Oktyabr , 2016 13:58
Bank Avrasiyanın öhdəlikləri 11% artıb

Bakı. 3 oktyabr. REPORT.AZ/ "Bank Avrasiya" ASC-nin cəmi aktivləri 2016-cı il sentyabrın 1-nə 137,606 mln. manat təşkil edib. "Report" Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ilin əvvəli ilə müqayisədə 11,6% çoxdur.

Bankın kredit portfeli cari ilin əvvəlindən 9,9% artaraq avqustun sonuna 87,807 mln. manat, depozit portfeli isə 9,3% artaraq 31,911 mln. manat təşkil edib.

Bu ilin ilk 8 ayı ərzində "Bank Avrasiya"nın cəmi öhdəlikləri 10,8% artaraq 79,929 mln. manat, cəmi kapitalı isə 12,75% artaraq 79,929 mln. manat olub.

Hesabat dövründə Bankın faiz gəlirləri 8,415 mln. manat, faiz xərcləri 2,245 mln. manat, qeyri-faiz gəlirləri 1,813 mln. manat, qeyri-faiz xərcləri 2,176 mln. manat təşkil edib. Beləliklə, Bankın xalis əməliyyat mənfəəti 5,807 mln. manat olub.

"Bank Avrasiya" aktivlər üzrə mümkün zərərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına çəkdiyi xərclərə 600 min manat qənaət edib. Bununla da Bank hesabat dövrünü 6,407 mln. manat xalis mənfəətlə başa vurub.

Xatırladaq ki, "Bank Avrasiya" 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 mln. manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 2 500 manat olan 20 min səhm əsasında formalaşıb. Səhmlərin 37,5%-u "Euro Standard" MMC-yə ("Xalq Bank" ASC-nin 33,85%-lik, "Xalq Sığorta" ASC-nin 50%-lik səhmdarı), 37,5%-i "PDM Qrup" MMC-yə, 25%-i isə "Azbizneskom" MMC-yə məxsusdur. Bankın Müşahidə Şurasının sədri Fuad Aslanov Maliyyə Bazarlarına Nəzarət Palatası Direktorlar Şurasının sədri Rüfət Aslanlının qardaşıdır.

Son xəbərlər

Orphus sistemi