​"Bank Avrasiya" məzənnə dəyişikliyindən gəlir əldə edib

​"Bank Avrasiya" məzənnə dəyişikliyindən gəlir əldə edib "Bank Avrasiya" ötən il 7,2 mln. manat xalis əməliyyat mənfəəti əldə edib
Maliyyə
23 Fevral , 2016 16:30
​Bank Avrasiya məzənnə dəyişikliyindən gəlir əldə edib

Bakı. 23 fevral. REPORT.AZ/ "Bank Avrasiya" ASC-nin gəlirləri illik müqayisədə 29,2% artaraq 2015-ci ildə 13,4 mln. manata çatıb. Faiz gəlirləri 24,8% artaraq 10,8 mln. manat, qeyri-faiz gəlirləri 52,4% artaraq 2,5 mln. manat təşkil edib.

"Report" xəbər verir ki, hesabat dövründə Bankın xərcləri 40,4% azalaraq 6,2 mln. manata enib. Faiz xərcləri 3,3% artaraq 3,1 mln. manat, qeyri-faiz xərcləri 58,1% azalaraq 3,1 mln. manat olub.

Hesabata əsasən, 2015-ci ildə Bankın əldə etdiyi qeyri-faiz gəlirlərinin 824,5 min manatını hesabların aparılması üzrə xidmətlərdən komissiya gəlirləri, 1,71 mln. manatı isə məzənnə dəyişməsi də daxil olmaqla valyuta əməliyyatlarından xalis gəlir təşkil edib.

Beləliklə, "Bank Avrasiya" ötən il 7,2 mln. manat xalis əməliyyat mənfəəti əldə edib ki, bunun da 6,6 mln. manatı aktivlər üzrə mümkün zərərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayrılıb. Bundan başqa, mənfəətdən 71,8 min manat vergi ödənilib. Nəticədə bank fəaliyyəti ilə bağlı gözlənilməz xərclər ödənilənədək xalis mənfəət 510,2 min manat təşkil edib. Qeyd edək ki, 2014-cü ildə Bankın mənfəəti 13,4 min manat olub.

Son xəbərlər

Orphus sistemi