Bakı. 26 aprel. REPORT.AZ/ "Bank Avrasiya" ASC-nin aktivləri cari ilin əvvəlindən 2,3% və ya 2,772 mln. manat azalaraq aprelin 1-nə 120,542 mln. manat təşkil edib.
"Report"un Banka istinadən verdiyi xəbərə görə, bu müddətdə nağd vəsaitlərin həcmi 19,9% azalaraq 14,010 mln. manata enib. Müştərilərə verilən kreditlərin həcmində isə artım müşahidə olunub və ilin əvvəli ilə müqayisədə 9,1% artaraq aprelin 1-nə 87,272 mln. manata çatıb.
Müştərilərin depozitlərində bu müddətdə 5,7% azalma qeydə alınıb. Cari il aprelin 1-nə müştərilərin depozitlərinin ümumi həcmi 27,533 mln. manatı üstələyib.
Qeyd edək ki, aprelin 1-i vəziyyətinə "Bank Avrasiya"nın nizamnamə kapitalı 50 mln. manat təşkil edib.