Bakıda VTB-nin Müşahidə Şurasının iclası keçiriləcək

Bakıda VTB-nin Müşahidə Şurasının iclası keçiriləcək Bunu ARDNF-in icraçı direktoru Şahmar Mövsümov bildirib
Maliyyə
12 Oktyabr , 2016 17:04
Bakıda VTB-nin Müşahidə Şurasının iclası keçiriləcək

Bakı. 12 oktyabr. REPORT.AZ/ Bu il noyabrın 2-də Bakıda "Bank VTB"-nin Müşahidə Şurasının ikinci iclası keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə ARDNF-də keçirilən mətbuat konfransında Fondun icraçı direktoru Şahmar Mövsümov bildirib. 

"İclasda cari məsələlər müzakirə olunacaq", - deyə, o qeyd edib. 

Qeyd edək ki, ARDNF 2013-cü ildə "Bank VTB"-də 2,95% həcmində iştirak payı alıb və Bankın Müşahidə Şurasında təmsil olunur.

Son xəbərlər

Orphus sistemi