Bakıda səmərəlilik auditinə dair beynəlxalq seminar keçirilib

Bakıda səmərəlilik auditinə dair beynəlxalq seminar keçirilib Azərbaycan auditdə Birləşmiş Krallığın təcrübəsindən faydalana bilər
Maliyyə
23 Dekabr , 2015 14:05
Bakıda səmərəlilik auditinə dair beynəlxalq seminar keçirilib

Bakı. 23 dekabr. REPORT.AZ/ Azərbaycan Hesablama Palatasında Avropa İttifaqının Avropa Qonşuluq və Tərəfdaşlıq Siyasəti Proqramı çərçivəsində gözlənilən Tvininq layihəsinə hazırlıqla əlaqədar səmərəlilik auditinə dair beynəlxalq seminar keçirilib.

"Report"un Hesablama Palatasına istinadən verdiyi xəbərə görə, seminar zamanı aparılmış müzakirələrdə əsas diqqət səmərəlilik auditi üzrə mövcud yerli və beynəlxalq təlimatların Azərbaycanda və Böyük Britaniyada qazanılmış müvafiq təcrübə üzərində nəzərdən keçirilməsinə yönəlib. Bu məqsədlə cəlb edilmiş beynəlxalq ekspert tərəfindən səmərəlilik auditi planının hazırlanması, audit tədbiri üzrə predmetin seçilməsi, sahə işinin aparılması, hesabatın hazırlanması, parlamentlə aparılan iş və s. ilə əlaqədar qabaqcıl təcrübə barəsində məlumat verildikdən sonra Palatanın aidiyyəti təşəbbüsləri nəticəsində əldə edilmiş təcrübə ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin müzakirələrin gedişində Birləşmiş Krallığın real təcrübəsindən faydalanmaq üçün bir neçə səmərəlilik auditi hesabatı təfsilatı ilə təhlil edilib.

Keçirilmiş seminar və əlaqəli tədbirlərin yekunu olaraq Hesablama Palatasının səmərəlilik auditi üzrə potensialının gücləndirilməsinə töhfə verəcək tövsiyələr formalaşıb və gələcək təlim tədbirlərində isitifadə ediləcək praktik materiallar hazırlanıb.

Son xəbərlər

Orphus sistemi