Bakıda Rusiyada kreditlə təhsilin alınması proqramının təqdimatı keçirilib

Bakıda Rusiyada kreditlə təhsilin alınması proqramının təqdimatı keçirilib "Bank VTB (Azerbaijan)" manatla kreditləri illik 15%, rublda isə 19%-lə verəcək
Maliyyə
9 İyun , 2016 17:50
Bakıda Rusiyada kreditlə təhsilin alınması proqramının təqdimatı keçirilib

Bakı. 9 iyun. REPORT.AZ/ "Bank VTB (Azerbaijan)" ASC Rusiyanın təhsil müəssisələrində oxumaq istəyən abituriyent və tələbələrə verilən kreditlərin faiz dərəcəsini əldə edilən resursdan asılı olaraq dəyişə bilər.

"Report"un verdiyi xəbərə görə, bunu Bankın İdarə Heyətinin sədri Yuri Yakovlev Rusiyanın təhsil müəssisələrində oxumaq istəyən abituriyent və tələbələrə dəstək layihəsinin bu gün Bakıda baş tutan təqdimat mərasimində bildirib. 

İllik faiz dərəcəsi manatla kreditlər üzrə 15%, rublda isə 19% təşkil edir. Tələbə fərqlənmə ilə oxuduğu halda kreditin faiz dərəcəsinin 1% azaldılması nəzərdə tutulur. Təhsil krediti manatla 300-30 000 AZN, rublda isə 19 000-1 920 000 RUB həcmində verilir. 

Y.Yakovlevin sözlərinə görə, gələcəkdə proqramın əhatə dairəsi genişləndiriləcək: "Bu, sosial layihədir və bank bundan heç bir qazanc əldə etməyi düşünmür".

Qeyd edək ki, layihə Rusiyanın istənilən ali və orta, orta-ixtisas məktəblərində təhsil haqqının ödənişi üçün kreditin verilməsini nəzərdə tutur. Kredit eləcə də əlavə təhsilin, təkmilləşmə və peşə hazırlığının ödənişinə ayrıla bilər.

Şərtlərə görə, kredit təhsil alanın, eləcə də onun yaxın qohumunun adına verilə bilər. Pul vəsaitini Azərbaycan manatı və ya rus rublunda 6-60 aya almaq mümkündür. Borcalandan təhsil üçün ilkin ödəniş tələb olunmur. 

Son xəbərlər

Orphus sistemi