Bakıda kredit təşkilatlarından birinin səhmdarlarının növbədənkənar ümumi yığıncağı baş tutacaq

Bakıda kredit təşkilatlarından birinin səhmdarlarının növbədənkənar ümumi yığıncağı baş tutacaq Yığıncağın gündəliyinə aidiyyəti şəxslərlə əqdlərin bağlanması məsələsi daxildir
Maliyyə
14 İyun , 2016 21:20
Bakıda kredit təşkilatlarından birinin səhmdarlarının növbədənkənar ümumi yığıncağı baş tutacaq

Bakı. 14 iyun. REPORT.AZ/ Bu il iyulun 14-də "FinEx Kredit" Bank Olmayan Kredit Təşkilatı" ASC səhmdarların növbədənkənar ümumi yığıncağı keçiriləcək.

"Report" bu barədə şirkətin rəsmi qəzetdəki elanına istinadən xəbər verir.

Yığıncağın gündəliyinə aidiyyəti şəxslərlə əqdlərin bağlanması məsələsi, institusional investorlar üçün istiqrazların emissiyasının və cəmiyyətin fəaliyyəti ilə bağlı digər məsələlərin müzakirəsi daxildir.

İclas Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi,11 ünvanında baş tutacaq.

Son xəbərlər

Orphus sistemi