Bakıda "İnsan resursları forumu" keçiriləcək

Bakıda "İnsan resursları forumu" keçiriləcək Forumda 200-ə yaxın peşəkar HR rəhbərləri bir araya gələcək
Maliyyə
29 Oktyabr , 2015 20:10
Bakıda İnsan resursları forumu keçiriləcək

Bakı. 29 oktyabr. REPORT.AZ/ “PAŞA Həyat Sığorta” şirkətinin dəstəyi ilə noyabr ayının 13-də Bakıda “İnsan resursları forumu: Bakı 2015” adlı geniş tədbir keçiriləcək. "Report"un şirkətə istinadən verdiyi xəbərə görə, tədbirdə ölkənin ən nüfuzlu təşkilat və şirkətlərinin 200-ə yaxın peşəkar HR rəhbərləri bir araya gələcək.

Forum beynəlxalq təcrübə və yerli yanaşmanın vəhdətini dinləmək, eyni zamanda qarşılıqlı fikir mübadiləsi aparmaq imkanı yaradır.

Forumda son illər ərzində Azərbycanda insan resurslarının idarə edilməsinə artan maraq,bu sahədə olan inkişaf, həmçinin xarici təcrübənin yerli bazarda tətbiqinin nəticələri müzakirə olunacaq.

Son xəbərlər

Orphus sistemi