​Bakı Vergilər Departamenti borclu vergi ödəyicilərinin əmlakını siyahıya alıb

​Bakı Vergilər Departamenti borclu vergi ödəyicilərinin əmlakını siyahıya alıb Vergi borclarının alınması İdarəsi paytaxtda fəaliyyət göstərən bir neçə borclu vergi ödəyicisində əmlakın siyahıya alınması tədbirləri keçirib
Maliyyə
18 Fevral , 2015 20:39
​Bakı Vergilər Departamenti borclu vergi ödəyicilərinin əmlakını siyahıya alıb

Bakı. 18 fevral. REPORT.AZ/ Bakı Vergilər Departamentinin Vergi borclarının alınması İdarəsinin əməkdaşları tərəfindən paytaxtın müxtəlif rayonlarında fəaliyyət göstərən bir neçə borclu vergi ödəyicisində əmlakın siyahıya alınması tədbirləri keçirilib.

"Report"un Vergilər Nazirliyinə istinadən verdiyi məlumata görə, Nizami rayonu, Q.Qarayev prospekti, 74 ünvanda yerləşən, “Koteks” MMC-yə məxsus geyim mağazasının fəaliyyəti araşdırılarkən onun 6338 manat vergi borcunun yarandığı müəyyən edilib. Vergi ödəyicisinə borcun ödənilməsi barədə bildiriş göndərilsə də, borc qanunvericilikdə nəzərdə tutulan müddətdə ödənilmədiyindən Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən, vergi borcunun ödənilməsini təmin etmək məqsədilə əmlakın siyahıya alınması haqqında qərar çıxarılıb və obyektdəki 3550 manat dəyərində mebel və məişət avadanlıqları müəyyən olunmuş qaydada siyahıya alınıb.

Q.Qarayev prospekti, 84 ünvanda yerləşən, fiziki şəxs Eldarov Ağadadaş Vahid oğluna məxsus “Zambaiti Parati” adlı divar kağızı mağazasında aparılmış tədbirlər nəticəsində vergi ödəyicisinin 1965 manat məbləğində vergi borcunun təmin edilməsi məqsədilə 2070 manatlıq əmlak siyahıya alınıb.

Nəsimi rayonu, Mir Cəlal küçəsi, 52D ünvanda yerləşən, fiziki şəxs Məmmədov Kamran Yaşar oğluna məxsus “Assorti” restoranında da əmlakın siyahıya alınması tədbirləri keçirilib. Vergi ödəyicisinin 2660 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədilə obyektdəki 3120 manat dəyərində mebel müvafiq qaydada siyahıya alınıb.

Nəsimi rayonu, A.Bakıxanov küçəsi, 30 ünvanda yerləşən, fiziki şəxs Şahin Səbinə Vaqif qızına məxsus “Turkuaz” mebel mağazasında aparılmış əmlakın siyahıya alınması tədbiri zamanı isə vergi ödəyicisinin 2297 manat məbləğində vergi borcunun ödənilməsini təmin etmək üçün mağazadakı 2400 manatlıq əmlak qanunla müəyyən edilmiş qaydada siyahıya alınıb.

Son xəbərlər

Orphus sistemi