Bakı və Mingəçevir şəhərlərində I Avropa Oyunları ilə əlaqədar 56 minə yaxın POS-terminal quraşdırılıb

Bakı və Mingəçevir şəhərlərində I Avropa Oyunları ilə əlaqədar 56 minə yaxın POS-terminal quraşdırılıb Ölkədə quraşdırılmış POS-terminalların sayı 86 minə çatıb, onların da 62,4%-i Bakı şəhərinin, 37,6%-i isə digər şəhər və rayonların payına düşür
Maliyyə
10 İyun , 2015 18:52
Bakı və Mingəçevir şəhərlərində I Avropa Oyunları ilə əlaqədar 56 minə yaxın POS-terminal quraşdırılıb

Bakı. 10 iyun. REPORT.AZ/ Vergilər Nazirliyi I Avropa Oyunları ərəfəsində nağdsız ödənişlərin həyata keçirilməsinin təmin edilməsi üçün POS-terminalların quraşdırılması və onlardan istifadə qaydalarına əməl olunması ilə bağlı tədbirləri davam etdirir.

Nazirliyin Analitik-informasiya şöbəsindən "Report"a verilən məlumata görə, Bakı və Mingəçevir şəhərlərində, xüsusilə də I Avropa Oyunları keçiriləcək 18 arena və onların ətrafinda yerləşən təsərrüfat subyektlərində yerləşən müxtəlif ticarət, əyləncə, ictimai-iaşə və s. obyektlərində POS-terminalların quraşdırılması başa çatdırılıb. Bakı şəhəri üzrə 53 min 700, Mingəçevir şəhəri üzrə isə 1929 ədəd POS-terminalın quraşdırılması təmin edilib, I Avropa Oyunları keçiriləcək arenalar və onların ətrafında yerləşən obyektlərdə POS-terminallardan istifadə olunma qaydalarına əməl olunmasının nəzarətdə saxlanılması üçün həmin ərazilərə vergi orqanlarının əməkdaşları təhkim edilib.

Bütövlükdə ölkədə quraşdırılmış POS-terminalların sayı 86 minə çatıb ki, onların da 62,4%-i Bakı şəhərinin, 37,6%-i isə digər şəhər və rayonların payına düşür.

Son xəbərlər

Orphus sistemi