"Bakı Sığorta" şirkəti nizamnamə kapitalını artırır

"Bakı Sığorta" şirkəti nizamnamə kapitalını artırır Şirkətin nizamnamə kapitalı 9,4 mln. manata çatacaq
Maliyyə
3 Fevral , 2015 17:40
Bakı Sığorta şirkəti nizamnamə kapitalını artırır

Bakı. 3 fevral. REPORT.AZ/ "Bakı Sığorta" ASC nizamnamə kapitalını artırır.

"Report"un Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə (QKDK) istinadən verdiyi xəbərə görə, QKDK tərəfindən "Bakı Sığorta" ASC-nin 1 000 160 manat həcmində səhm emissiyası qeydiyyata alınıb. Kütləvi təklif üsulu ilə yerləşdiriləсək hər biri səhmin nominal dəyəri 760 manat təşkil edir.

Yerləşdirmə nəticəsində sığorta şirkətinin nizamnamə kapitalı 11,94% artaraq 9 373 840 manata çatacaq.  

Qeyd edək ki, "Bakı Sığorta" ASC 9 fevral 1994-cü ildən etibarən tam lisenziyalı sığorta fəaliyyəti həyata keçirir. Təsisçilər qismində "Bank Respublika" ASC, "Yeni Motor" MMC, "Diamond Motors" MMC, "Subaru Azerbaijan" MMC və iki fiziki şəxs çıxış edir. Şirkət müştərilərə 25 növ sığorta üzrə xidmət göstərir.

Son xəbərlər

Orphus sistemi